"Taliban" Əfqanıstanın Host şəhərində xarici qoşunların ölkədən çəkilməsini özünəməxsus şəkildə qeyd edib.
Unikal.org "The Telegraph"a istinadən xəbər verir ki, onlar simvolik dəfn mərasimi keçirərək NATO, ABŞ, Böyük Britaniya və Fransanı "dəfn ediblər". Bununla da onlar sözügedən ölkələr və birliyin talibçilərə məğlub olduğunu göstərməyə çalışıblar.
Qeyd edək ki, onların sözügedən 3 ölkənin bayraqlarına bürünmüş tabutları başlarının üstünə qaldıraraq kütləvi şəkildə aparması dünya mediasının kameralarına qeyd olunub.
Ağarza Elçinoğlu