İtaliyada COVID-19 pasportlarının məcburi olduğu sahələrin sayı artırılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Yaşıl pasport" adlandırılan sertifikatlar məktəblərdə və şəhərlərarası nəqliyyatda vətəndaşlardan tələb ediləcək.
Bununla yanaşı, İtaliya hökuməti ötən ayın əvvəlindən bir çox ictimai yerlərdə və tədbirlərdə COVID-19 pasportlarını məcburi edib.
Belə ki, COVID-19 pasportu olmayan müəllimlər məktəblərə buraxılmayacaq və buna görə 5 gündən artıq işə getməyənlər işdən kənarlaşdırılacaq. İşdən azad ediləcək müəllimlərin maaş və ya kompensasiya almaq hüququ olmayacaq.
Ölkədə, həmçinin daxili və xarici uçuşlarda, bölgələr arasında gedən gəmilərdə, şəhərlərarası nəqliyyatda və sürət qatarlarında səyahət etmək üçün də bu sənəd tələb olunacaq. Şəhər daxilində ictimai nəqliyyatda pasport tələb olunmayacaq.
Ağarza Elçinoğlu