"ABŞ digər ölkələrin Ukrayna üçün enerji problemi yaradacağı təqdirdə, "Şimal axını 2"yə qarşı sanksiyalar tətbiq edəcək".
Unikal.org xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü ABŞ prezidenti Baydenlə danışıqlardan sonra bildirib.
"Ukrayna-24" telekanalından yayımlanan brifinqdə çıxış edən Zelenski bildirib ki, Ukraynaya qarşı Rusiya və ya "Şimal axını 2" layihəsindən enerji problemi yaradılacaqsa, ABŞ onlara qarşı sanksiya tətbiq edəcəyinə dair zəmanət verib.
O, bunun "böyük bir qələbə" olduğunu vurğulayıb.
Ağarza Elçinoğlu