Kanadanın müxtəlif bölgələrində vətəndaşların məcburi peyvənd olunması, eləcə də COVID-19 pasportlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib.
Unikal.org xəbər verir ki, ən böyük aksiyanın keçirildiyi Vankuverdə (Britaniya Kolumbiyası) azı 5 min iştirakçı olub.
Qeyd edək ki, Britaniya Kolumbiyası bütün səhiyyə işçilərinin 31 oktyabr tarixinə qədər məcburi koronavirus peyvəndləri almalı olduqlarını açıqlayıb.
Etirazlar bölgədəki Kamlups, Viktoria və Nanaimo kimi digər şəhərlərdə də keçirilib. Etirazçılar hesab edirlər ki, hakimiyyət bu cür hərəkətləri ilə həm Kanada Hüquq və Azadlıqlar Xartiyasını, həm də yerli qanunlarla təmin edilən hüquqlarını pozur.
Bəzi etirazçılar hakimiyyətin hərəkətlərini irqi ayrı-seçkilik dövrü və nasist Almaniyasındakı nizamla müqayisə edirlər.
Ağarza Elçinoğlu