Havai adalarına dincəlməyə getmək istəyən 24 yaşlı qadın 10 günlük səyahət karantinindən qurtulmaq üçün Təhlükəsiz Səyahətlər proqramına bir peyvənd pasport yükləyib və 23 avqustda təyyarə ilə Honoluluya gəlib.
Unikal.org xəbər verir ki, daha sonra həmin qadın həbs edilib. Onun həbs olunmasına səbəb isə saxta COVID-19 pasportu olub. Məhkəmədən bildirilib ki, digər məlumatları doğru olan pasportda vaksinin Moderna əvəzinə "Maderna" yazılması səhvi üzə çıxarıb.
Gəldiyi ölkənin qanunlarını pozan qadın növbəti məhkəməyə qədər ya həbsdə qalmalı, ya da girov olaraq 2000 dollar ödəməlidir.
Ağarza Elçinoğlu