Yaxın gələcəkdə milli hərbi təyyarəmizin istehsalına başlayacağıq.
Unikal.org xəbər verir ki , bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 2021-22-ci il Hərbi hava Qüvvələrinin tədris ilinin açılışında deyib.
O bildirib ki, Türkiyə artıq özünün silah-sursatını. helikopter, pilotsuz uçuş aparatı (PUA), silahlı PUA, haubitsalarını istehsal edir və ixracını həyata keçirir:
"Yaxın gələcəkdə milli hərbi təyyarəmizin də istehsalına başlayıb xarici tədarükdən asılılığımızı azaldacğıq. Yüksək texnologiyalara əsaslanan müdafiə sənayemizdə yerli və milli istehsal göstəricilərini daha da artıracağıq".