"ABŞ və Ukrayna yalnız Rusiyaya qarşı dostluq edirlər və bu, təəssüf doğurur" .
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya mövzusu Amerika-Ukrayna danışıqlarının gündəmində əsas yer tutub.
“Sadə sözlə desək, orada Rusiya əleyhinə Ukrayna-Amerika dostluğundan söhbət gedirdi. Yəni onların dostluğu özləri üçün deyil, Rusiyaya qarşıdır”, - Peskov bildirib.
Kreml sözçüsü Ukraynanın NATO-ya üzv olmaq istəyinə və ABŞ-ın bunu dəstəkləməyə hazır olmasına da diqət çəkib.
“Rusiya Şimali Atlantika Alyansının hərbi infrastrukturunun ölkə sərhədlərinə mümkün yaxınlaşmasını heç xoşlamır. Prezident Vladimir Putin bununla bağlı çox açıq, başadüşülən və ardıcıl mövqeyimizi dəfələrlə bəyan edib. Bu, heç də bəyənmədiyimiz bir haldır", - Kreml sözçüsü əlavə edib.