BMT Əfqanıstana havadan humanitar yardım reyslərini bərpa edib”.

Unikal.org xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Əfqanıstanda BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən idarə olunan Humanitar Hava Xidməti (UNHAS) humanitar dəstək fəaliyyətlərinin davamı üçün uçuşları bərpa edib.

Eyni zamanda hava yolu ilə sərnişin daşıma xidməti hazırda Pakistanın paytaxtı İslamabadla Məzari-Şərif və Qəndəhar arasında əlaqə qurub, avqustun 29-dan etibarən Məzari-Şərifə üç reys həyata keçirilib. Əməliyyatların mümkün qədər qısa zamanda yerinə yetirilməsi və Əfqanıstandan uçuşların sayının artırılması üçün səylər göstərilir. Bundan əlavə, tibbi və digər təcili yardım ləvazimatları kimi qeyri-ərzaq mallarını ən çox ehtiyac duyulan yerlərə daşımaq üçün yük təyyarəsi fəaliyyət göstərir.

BMT-nin Humanitar Hava Xidməti (UNHAS) daxili sərnişindaşıma xidməti üçün 18 milyon ABŞ dolları, karqo xidməti üçün isə 12 milyon ABŞ dolları tələb olunur. Hər iki xidmət humanitar cəmiyyətin istifadəsində olacaq.(report.az)