Bolqarıstan Səhiyyə Nazirliyi ölkədə koronavirusun yayılması ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı əmr verib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, yeni qəbul edilmiş qərara əsasən, ölkədə sentyabrın 7-dən oktyabrın 31-dək epidemiya əleyhinə tədbirlərin qüvvəyə minəcəyi qeyd edilir.

Göstərilən müddət ərzində uşaq mərkəzləri və klubları bağlı qalacaq, həmçinin idman tədbirləri, musiqi və digər festivallar da daxil olmaqla, mərasimlərin keçirilməsi qadağandır. Restoran və kafelər də daxil olmaqla, iaşə müəssisələrinin iş saatları məhdudlaşdırılır. Konsertlər, tamaşalar və kinoteatrlarda tamaşaçı sayı 50 % azaldılır. Muzey və qalereyaların ziyarətinə müəyyən məhdudiyyətlə icazə verilir. İşəgötürənlərə işçilərin 50 %-i üçün uzaqdan iş prosesi təşkil etmələri və iş saatlarının azaldılması tövsiyə olunur.

Ağarza Elçinoğlu