ABŞ-ın şimal-şərqində tüğyan edən "İda" qasırğası nəticəsində azı 45 nəfər ölüb.
Unikal.org ölkənin yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Nyu-York və Nyu-Cersi ştatları ən çox zərər çəkmiş bölgələrdir. Burada onlarla insan qasırğanın qurbanına çevrilib. Pensilvaniya ştatında da ölüm hadisələri qeydə alınıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın şimal-şərqində qasırğa nəticəsində 29 nəfərin öldüyü bildirilmişdi.
Ağarza Elçinoğlu