Apple 2024-cü ildə öz elektromobillərinin (applecar) istehsalına başlamaq niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə şirkətin məhsulları ilə bağlı xəbərlərdə ixtisaslaşan "Apple Insider" portalı məlumat yayıb.
Məlumata əsasən, hazırda şirkət rəhbərliyi Asiya avtomobil istehsalçıları ilə görüşlər keçirir.
Daha əvvəl amerikan mətbuatı "Apple"ın "Hyundai" və "Kia" ilə elektrik avtomobillərin istehsalına başlamaq barədə razılığa yaxın olduğunu yazıb. İlkin planlaşdırmalara görə, müştərək istehsalat "Kia"nın Corciya ştatındakı zavodunda başlanılmalı idi.
Ağarza Elçinoğlu