Yeni Zelandiyada Oklend şəhərində silahlı şəxs mağazaya daxil olaraq, bir neçə nəfəri yaralayıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, hücum zamanı azı 6 nəfər müxtəlif xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Polis bildirib ki, hadisəni törədən şəxs polis tərəfindən güllələnib.

Qeyd edək ki, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Oklenddə supermarketdə baş verən hadisəni terror aktı kimi qiymətləndirib. 

Mağazanın yerləşdiyi ərazi və ona yaxın küçələr polis tərəfindən mühasirəyə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu