Dünyanın ən böyük almaz mədənlərindən biri olan Angolanın Katoka şəhərində yerləşən mədəndə zəhərli maddənin sızması baş verib.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində 12 mədən işçisi zəhərlənərək ölüb. 2 400 mədən işçisi bu haldan sonra vəziyyətləri ağır şəkildə yeraltı mədəndən çıxarılıb. İşçilərə yerində ilk tibbi yardım göstərilib. Bəzilərinin vəziyyəti ağır olduğuna görə xəstəxanaya yerləşdirilib.
Ölkə rəhbərliyi mədəndə baş verən zəhərli maddənin sızmasının səbəblərini araşdırılmasını əmr edib.