Məşhur qraffiti-rəssam Benksinin olduğu deyilən əsər hərraca çıxarılaraq satılıb.

Unikal.org xəbər verir ki, rəssamın rəsmi internet səhifəsi üzərindən saxta NFT auksionu təşkil edilib. Sənətçiyə aid olduğu iddia edilən saxta rəsm əsəri 244 min sterlinqə (təxminən 573 min 621 manat) satılıb.

Benksinin komandası "BBC"ə verdiyi açıqlamasında sözügedən hərracda rəssamın əsərlərinin olmadığı bildirilib.

Adının açıqlanmasını istəməyən 30 yaşlı alıcı tviterdən gələn mesajlardan fırıldaqçılığın qurbanı olduğunu anlayıb.