Əfqanıstan hakimiyyətini ələ keçirmiş "Taliban" radikal qruplaşması ölkədə formalaşacaq yeni hökumətə kimin rəhbərlik edəcəyini açıqlayıb.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndələri məlumat veriblər.
"Yeni hökumətə Molla Bəradər başçılıq edəcək", - deyə "Taliban"dan bildirilib.
Bildirilib ki, Molla Abdul Qani Bəradərlə yanaşı, yeni administrasiyada Molla Yaqub və Məhəmməd Abbas Stanekzay da təmsil olunacaqlar.
Qeyd edək ki, 52 yaşlı Bəradər, talibilərin ali liderlərindən biridir.
Ağarza Elçinoğlu