Elmar Vəliyev xəstəxanaya düşməsini təkzib etdi
14:33 13-02-2013
CƏMİYYƏT
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuatda barəsində yayılan informasiyalara münasibət bildirib.
E. Vəliyev APA-ya açıqlamasında bildirib ki, ötən gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səhhətinin pisləşməsi barədə bəzi mətbuat vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir: “Barəmdə yayılan məlumatlar doğru deyil. Bir balaca qripəm, hamı qrip ola bilər. Lakin bu, səhhətimdə hər hansı ciddi problem yaratmayıb, mən müalicə üçün harasa müraciət etməmişəm. Mənim üçün ora təcilli yardım da çağırılmayıb. Hazırda iş başındayam və işləyirəm. Dövlətimizə, xalqımıza, millətimizə xidmət eləyirik. Xidmətimiz də göz qabağındadır. Kim narahatdırsa, ancaq özü üçün narahat olsun”.
Qeyd edək ki, dünən bəzi xəbər saytları prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Gəncənin icra başçısı E. Vəliyevin səhhətinin pisləşməsi, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumatlar yayıb.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)