"Nə Baltikyanı ölkələr, nə də Polşa Rusiya ilə əlaqələri kəsdi. Halbuki onların Moskva ilə əlaqələri bizimkindən daha kəskin xarakter daşıyırdı. İndiki dövrdə Rusiya ilə əlaqələri kəsmək mümkün deyil".
Unikal.org xəbər verir ki, bu sözləri Çexiyanın xarici işlər naziri Yakub Kulqanek deyib.
Onun sözlərinə görə, Vrebnits hadisəsindən sonra Praqa və Moskva əlaqələri donmuş nöqtədədir.
Qeyd edək ki, rəsmi Praqa 2014-cü ildə Çexiyanın Vrebnits şəhərində hərbi anbarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının əli olduğunu bildirir.
Ağarza Elçinoğlu