Əfqanıstanda ABŞ ordusunun gedişindən sonra 85 milyard dollardan çox müasir silahlar orada qalıb.
Unikal.org xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Fikrimcə, uzun müddətdir əziyyət çəkən ölkədən gələn təhdidlər və risklər göz qabağındadır. Amerikalıların getməsi ilə orada çox böyük miqdarda müasir silahlar qaldı, onların dəyəri 85 milyard dollardan çoxdur. Qaçqın təhlükəsi də qalır", - Tokayev əlavə edib.
Dövlət başçısı Qazaxıstanın bu həssas mövzularda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə vahid mövqedən çıxış etməsindən məmnunluğunu bildirib.