Qəzza zolağının şərqində 26 yaşlı fələstinli qarşıdurma zamanı İsrail hərbçiləri tərəfindən qətlə yetirilib.

Unikal.org "Xinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə "Əl-Əqsa" məlumat yayıb.

İsrail ordusunun yaydığı məlumatda isə deyilir ki, sərhədə toplaşan minlərlə fələstinli qarşı tərəfə partlayıcı maddələr atıb və təkərləri yandırıb. Məhz bu əsnada ÇAXAL hərbçiləri 22 kalibrli güllələrdən atəş açmağa məcbur olub.

Ağarza Elçinoğlu