Türkiyənin Kasımpaşa bölgəsinin Beyoğlu şəhərində, avtomobil avtobus dayanacağına çırpılıb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlardan dördünün ağır yaralandığı bildirilir. Onların bəzilərinə hadisə yerində tibbi yardım göstərilsə də, əksəriyyəti xəstəxanaya yerləşdirilib.  

Sözügedən hadisə market kameralarında əks olunub, sürücü həbs edilib. 

Bildirilib ki, hadisəyə səbəb yüksək sürət olub. 

Ağarza Elçinoğlu