Türkiyə ordusu Suriyanın şimalında daha 5 terrorçunu məhv edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“Terrorçuların hücumlarına misli ilə qarşılıq verməyə davam edirik”, - məlumatda qeyd edilib.