"Dağlıq Qarabağda müharibənin bitdiyi, nəqliyyat və iqtisadi əlaqələrin açılması üçün siyasi proseslərin əsasının qoyulduğu bir vaxtda mənə elə gəlir ki, bizim ermənistanlı və türkiyəli həmkarlarımızın münasibətlərin normallaşması üçün səylərini bərpa etməsi məntiqli olardı".
Unikal.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiyalı naziri bu məsələyə ən aktiv şəkildə kömək etməyə hazır olduqlarını da vurğulayıb.
Ağarza Elçinoğlu