ABŞ-ın Kaliforniya ştatında "Firefly Aerospace" şirkətinin "Alpha" raketi kosmodromdan buraxılandan qısa müddət sonra havada partlayıb.

Unikal.org "Spacenews"a istinadən xəbər verir ki, buraxılış Hərbi Hava Qüvvələrinin Kaliforniyadakı "Vandenberq" bazasında keçirilib.

Bu, gələcəkdə kiçik peykləri fəzaya daşımalı olan "Alpha"nın ilk sınaq uçuşu idi.

Şirkət qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayacağını bildirib.

Ağarza Elçinoğlu