Türkiyə xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib.

Unikal.org bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, silahlılar Qara, Qəndil və Sincar bölgələrində zərərsizləşdirilib.

Türkiyə xüsusi xidmət orqanlarının Şimali İraqdakı əməliyyatları davam edir.