Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 276 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 857 nəfər COVID-19 infeksiyasına yoluxub, 14 527 nəfər isə sağalıb.