ABŞ Maliyyə Nazirliyi İranın daha 4 vətəndaşına sanksiyalar tətbiq edib.
Unikal.org xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qərarda onların İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqədə olması bildirilir. Buna görə Əlirza Farahani, Mahmud Xazeyn, Omid Nuri və Kiya Sadeqi sanksiyalar siyahısına daxil edilib.