ABŞ Əfqanıstandan təxliyə olunmuş qaçqınların ölkəyə yerləşdirilməsi proqramını genişləndirərək minimum 50 min nəfərə çatdırmaq niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin Şimal komandanlığının başçısı general Qlen Van Hyerk məlumat verib.
Onun sözlərinə görə, müvafiq plan üzərində iş gedir və hazırda həmin rəqəm 25,6 min nəfər təşkil edir.
General əlavə edib ki, təxliyə olunan bütün qaçqınlara yaşayış yeri, ərzaq, tibbi yardım təqdim olunur.
ABŞ Kabildən mülki şəxslərin və öz hərbi missiyasının təxliyəsini avqustun 30-da yekunlaşdırıb.