İran yenə Azərbaycanı hədələyir
14:39 13-02-2013
CƏMİYYƏT
Türkiyənin Azərbaycanla müttəfiqliyi İranı qıcıqlandırır
Son günlər İrandan Azərbaycana yönəli bəyanatların sayı artmağa başlayıb. Bir müddət öncə iki dövlət arasında münasibətlər gərginləşsədə sonradan aparılan danışıqlar nəticəsində İran mövqeyində yumşaqlıq etdi. Xatırladaq ki, həmin zaman İran iddia edirdi ki, Azərbaycan İsrail kəşfiyyatına öz məkanında imkanlar açıb və bunun nəticəsində İrana qarşı təxribatlar güclənib. Hətta bir sıra qərb mətbuatı iddia etdi ki, artıq İsrailin Azərbaycanda hərbi bazasıda var. Amma Azərbaycan tərəfi kəskinliklə bunları rədd etdi və prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan öz ərazisindən üçüncü bir ölkəyə qarşı hərbi müdaxilənin olmasına imkan verməyəcək. Bununla da İran mövqeyində yumşaldı və demək olar ki, uzun müddət siyasi bəyanatlar verilmədi. Amma deyəsən İran tərəfi yenə hərəkətə keçməyə başlayıb. Son bir neçə gün ərzində İranın Azərbaycandakı səfiri müxtəlif mövzularda qıcıqlandırıcı bəyanatlar verməkdədir. Məsələn bəyanatlardan birinə diqqət ayıraq:-“İranın digər qonşu dövlətlərlə münasibəti Azərbaycanla dostluq əlaqələrinə mənfi təsir edə bilməz”.
Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İran-Ermənistan əməkdaşlığının son vaxtlar güclənməsinə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, İran 15 ölkə ilə qonşudur və bu ölkələrin hər biri ilə münasibəti var: “İran iqtisadiyyatı hər hansı bir problemlə üzləşərsə, bu, bütün qonşu ölkələrə mənfi təsir edəcək. İranla Azərbaycan arasında da möhkəm dostluq münasibətləri mövcuddur. Təbii ki, başqa ölkələrlə münasibət bu əlaqələrə mənfi təsir edə bilməz”.
Ekspertlər bildirir ki, gözlənilmədən səfirin belə açıqlama verməsinin bir neçə səbəbi var. İlk növbədə bu bəyanatla Ermənistana nümayiş etdirilir ki, sizlərlə olan dostluğumuz müttəfiq səviyyəsindədir. Bunu isə ona görə nümayiş etdirirlər ki, İran hazırda iqtisadi embarqo ilə üz-üzədir və erməni lobbisi bu embarqonu tənqid edən yeganə qüvvədir. Səfirin bu açıqlaması isə erməni lobbisinə dostluq əli uzatmaqdan başqa nəsə deyil. Elə səfirin o biri açıqlamasıda bunun məntiqi davamıdır. “Türkiyə pantürkizm ideologiyasını yaymaqla məşğuldur. Bu ölkə Mərkəzi Asiya dövlətləri ilə münasibətdə özünü böyük qardaş kimi aparır. Amma Türkiyə və Azərbaycanda yaşayan xalqların arasında məzhəb fərqi var. Türklər sünnidir, azərbaycanlılar da şiə. Bu ideologiyanı yayanlar Azərbaycanda da fəaliyyət göstərirlər, və hərdən onların təbliğatı digər ölkələrin ərazi bütövlüyünü sual altına qoyur”.Bu fikirləri də İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
Səfir Azərbaycan-İsrail əlaqələrinə və bu münasibətlərin İranla əlaqələrə təsirinə də toxunub: “Azərbaycanla İsrail arasında yaxşı əlaqələr var və rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu əlaqələr İrana qarşı yönəlməyib. Biz Azərbaycan rəsmilərə inanırıq. Bu, iki ölkə arasında mövcud olan standart əlaqələrdir”.
Azərbaycan-İran münasibətlərinə toxunan səfir deyib ki, bəzən iki dövlətlər arasında anlaşmazlıq olur, amma bu hallar iki qonşu ölkələri və insanların arasında maneəyə çevirilməməlidir: “Bəli, belə hallar olub. Məsələn “Eurovision” müsabiqəsi zamanı belə anlaşmazlıqlar vardı, amma diplomatik səylər nəticəsində bu məsələ həll olundu. Bizim Azərbaycanla münasibətlərimiz inam üzərində qurulub, bizim hələ çox görəcəyimiz işlər var”.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabında səfir deyib ki İran bu münaqişə ilə bağlı öz vasitəçi rolunu təklif etməyə hazırdır: “Azərbaycan və Ermənistan fərqli ölkələrdir. İran 15 ölkə ilə qonşudur. Pakistanla Əfqanıstan arasında ziddiyyətlərə baxmayaraq biz hər iki ölkə ilə əməkdaşlıq edirik. Bizim İraq və Türkiyə ilə də yaxşı əlaqələrimiz var, baxmayaraq ki bu iki ölkə arasında da ziddiyyətlər var. İran Ermənistanla Azərbaycan arasında dialoqda vasitəçi olmağa hazırdır, amma hər iki tərəf Minsk Qrupu formatını seçdilər. Biz düşünürük ki, ATƏT-in Minsk Qrupunun səyləri uğursuz olacaq, çünki həmsədr ölkələr münaqişəni uzun illərdir həll etməyə çalışsalar da, bunu etmək üçün güclü iradələri yoxdur. Bəlkə də, Minsk Qrupuna həmsədr ölkələr danışıqlar prosesini uzatmaq istəyirlər ki, Azərbaycan və Ermənistandan müəyyən imtiyazlar qopara bilsinlər”.
Beləliklə son açıqlamada da bir neçə məsələ gündəmə gətirilib. İlk növbədə aydın olur ki, İran regionda Türkiyənin güclənməsindən, Azərbaycanla strateji müttəfiq olmasından çox narahatdır və bunun qarşısını almaq üçün məhzəb söhbəti gündəmə gətirilir. Bunu da qeyd edək ki, İrana bağlılığı olan və Azərbaycanda fəaliyyət göstərən bəzi qüvvələrdə zaman-zaman məhzəb söhbətindən yararlanmağa çalışırlar. Bundan başqa səfir maraqlı bir nüansa da toxunaraq ortada ki, qısqanclığı gündəmə gətirir. Belə ki, o qeyd edir ki, İsrail-Azərbaycan münasibətləri güclüdür və bunun ardınca Ermənistan-İran münasibətlərindən fəxrlə danışır. Yəni belə bir məntiq çıxır ki, İran Ermənistanı ona görə müttəfiq hesab edir ki, Azərbaycanda İsraillə elə münasibətlərdədir. Ekspertlər hesab edir ki, İran səfirinin birdən-birə belə açıqlamalar verməsi təsadüfü deyil və hesab etmək olar ki, bunun ardınca rəsmi Tehrandan da açıqlamalar gələcək. Bunu da qeyd edək ki, hazırda İranda hakimiyyət böhranıdır, prezidentlə parlamentin sədri arasındakı savaş açıq müstəviyyə keçib və demək olar ki, İranda hakimiyyət parçalanmış durumdadır. Buna görə də çalışılacaq ki, gündəmə yeni mövzular gətirilsin də İrandaxili siyasi gərginliklər zəiflədilsin. (“Unikal” qəzeti)
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44