Gürcüstanda son sutkada koronavirusa 2 684 yeni yoluxma halı qeydə alınıb, 83 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 diaqnozu qoyulanların sayı 562 627-yə, ölənlərin sayı isə 7 732-yə çatıb.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 2 695 nəfər artaraq 509 181 olub.
Hazırkı aktiv xəstə sayı 45 688 nəfər təşkil edir.