Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Artak Davtyan Rusiyaya səfər edib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Məlumata əsasən, Artak Davtyanın başçılıq etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları – 2021”in mükafatlandırma və bağlanış mərasimində iştirak edəcək.
Qeyd edək ki, mərasim bu gün Moskva şəhərində keçiriləcək.