Rusiyada son sutkada daha 18 780 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 993 954 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 796 nəfər artaraq 186 407-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 255 475 nəfər sağalıb.