Rusiyanın Nijni Novqorod şəhərində məktəblərin birində 40 nəfər zəhərlənib.
Unikal.org xəbər verir ki, zəhərlənənlərin vəziyyətinin ağır olmadığı deyilir.
Onların evdə müalicə olunduqları bildirilib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Rusiyada məktəblər sentyabrın 1-dən açılıb.