Fransanın Somma departamentində yüngül motorlu turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Unikal.org-un məlumatına görə, departamentin yanğın-xilasetmə xidmətindən AFP-yə bildirilib ki, iki nəfərlik təyyarə tarlaya düşüb.
Hadisənin səbəbləri və digər təfərrüatları dəqiqləşdirilir.