Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzində yerləşən Annaba rayonunu tutublar.

Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstanın “Ashwaka” bildirib.

Həmçinin qeyd edilir ki, döyüş əyalət qubernatorunun sarayının binası ərazisində aparılıb.

Daha əvvəl radikalların nümayəndəsi Bilal Kərimi tvitterdəki səhifəsində “Taliban”ın artıq Pəncşirin Hinc, Annaba, Şotol və Paryan rayonlarına nəzarət etdiyini yazıb.

***

17:12

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı bu gün müqavimət qüvvələrini cəmləşdiyi Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri üzərinə hücuma keçib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə özünü “Əfqanıstandan doğru məlumatlar, təhlil və informasiyalar” yayan kimi təqdim edən “AfghanUrdu” “Twitter” səhifəsi məlumat yayıb.

“Hazırda taliblər üç istiqamətdən Pəncşirin paytaxtı Bazaraka hücuma başlayıblar. Onlar Bazaraka doğru irəliləyirlər”, - deyə məlumatda bildirilir.