ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma olub.

Unikal.org xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Məlumata görə, hadisə Tausonov universitetində qeydə alınıb. Atışma zamanı 3 nəfər xəsarət alıb.

“Universitetin kampusu ərazisində (atışma zamanı-red) üç nəfər xəsarət alıb. Polis təhqiqat aparır”, - polisin tvitterdəki səhifəsində bildirilir.

Universitet rəhbərliyinin məlumatına görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Bundan əlavə, hadisə zamanı yaralananlardan yalnız bir qız təhsil müəssisəsinin tələbəsidir.