“Taliban”a qarşı müqavimət hərəkatının lideri Əhməd Məsud mübarizənin heç vaxt başa çatmayacağını açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.
“Biz heç vaxt Allah, azadlıq və ədalət uğrunda savaşmağı dayandırmayacağıq”, - deyə Əhməd Məsud bildirib.
Onun sözlərinə görə, Pəncşir və Heratdakı müqavimət insanların haqlı hüquqlarından imtina etmədiyini göstərir.