ABŞ-ın paytaxtı Vaşinqtonun şimal-qərbində baş vermiş atışma nəticəsində 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin polis idarəsinin rəhbəri Robert Konti məlumat verib. O, yaralıların həyatı üçün təhlükənin olmadığnı söyləyib.
Qeyd edilir ki, dünən axşam saatlarında naməlum şəxslər avtomobildən düşərək yaxınlıqdakı insanlara atəş açıblar, sonra isə gizləniblər.
Konti cinayətkarlar haqqında informasiya verənə 75 min ABŞ dolları məbləğində mükafat vəd verib.