Rusiyada son sutka ərzində daha 18 645 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 012 599 nəfərə çatıb.

Ötən gün Rusiyada 793 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 187 200 nəfərə çatıb. İndiyədək 6 270 731 xəstə sağalıb.