Pakistanın Bəlucistan əyalətində partlayış törədilib.

Unikal.org “Geo News” telekanalına istinadən xəbər verir ki, terrorçu-kamikadzenin motosikletlə əyalətin inzibati mərkəzi Kvetta şəhərində törətdiyi partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

Partlayış sərhədçilərin nəzarət-keçid məntəqəsi yaxınlığında törədilib, ölənlərin hamısı sərhədçilərdir. Yaralılar arasında isə 2 mülki vətəndaş var.

Pakistanın Baş naziri İmran Xan ölənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, “Təhrik-i-Taliban Pakistan” qruplaşması (Pakistan Taliban Hərəkatı) partlayışa görə məsuliyyəti üzərinə götürüb.