Qvineyada hakimiyyəti ələ keçirməyə çalışan ordu bazar günü ölkə konstitusiyasının dayandırıldığını və parlamentin buraxıldığını elan edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, üsyançıların rəhbəri polkovnik Mamadi Dumbuya müvafiq açıqlama verib. O, həmçinin Qvineyanın xarici sərhədlərinin bağlanmasını əmr edib və ordunu kazarmada qalmağa çağırıb.

Qeyd edək ki, bu gün Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib. Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

***17:13

Qvineyada qiyam qaldıran hərbçilər Prezident Alfa Kondeni saxlayıb.

Unikal.org xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

16:26

xxx

Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.

Unikal.org xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.

"Reuters" agentliyi isə xəbər verib ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.

Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Son məlumata görə, çevrilişə cəhddə iştirak edən 25 hərbçi saxlanılıb.

Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.