Ermənistanın Qırxbulaq (Kotayk) əyalətində atışma və bıçaqlanma olub.

Unikal.org  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, əyalətin yerli sakini, 21 yaşlı Qriqor S. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, Qriqor S. əyalətin digər sakini Ara Q. tərəfindən bıçaqlanıb. Sonuncu bundan sonra ona avtomatdan atəş açıb.

Qeyd edilir ki, hadisəni törədən şəxs hərbçidir. O, Ermənistan ordusunda xidmət edir.

Faktla bağlı cinayət işi qaldırılıb.