Türkiyənin TÜMOSAN şirkəti yerli istehsal olan "Pusat" taktiki zirehli hərbi maşınının istehsalını həyata keçirir.
Unikal.org xəbər verir ki, şirkət hərbi maşınının istifadəsi üçün yerli və xarici şirkətlərlə danışıqlarını davam etdirir. Maşının gələcək ixracı üçün təkliflərin irəli sürüldüyü bildirilib.
Qeyd olunur ki, "Pusat" zirehli maşınının 5 min kilometrlik sınaq yürüşləri başa çatıb. Yaxın zamanlarda 20 min kilometrlik sınaq yürüşləri planlaşdırılır. Şirkətin məlumatına görə, hazırda maşın ilkin istehsal mərhələsindədir.
"Pusat" maşını ilk dəfə demo versiyada 2017-ci ildə IDEF beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirilib, 2019-cu ildə maşının prototipi hazırlanıb.
2021-ci ildə isə "Pusat"ın hibrid versiyası IDEF sərgisində təqdim olunub.