Qvineyada hərbi çevriliş həyata keçirən qüvvələrin lideri polkovnik Mamadi Dumbuya hökumətin buraxıldığını, hava və quru sərhədlərin bağlandığını, Konstitusiyanın qüvvədən düşdüyünü elan edib.
Unikal.org xəbər verir ki, “Africa Guinee” nəşrinin “Facebook” səhfəsində yayımlanan videomüraciətdə Dumbuya əvvəlki prezident Alfa Konde və bir sıra yüksək cinli məmurların həbs olunduğunu da təsdiqləyib.
Lakin ölkənin Müdafiə Nazirliyi qiyamçılarının həmləsini qarşısının alındığını bildirib və xalqı sabitliyi qorumağa çağırıb.