Kosovanın paytaxtı Priştinada qəribə tibbi əməliyyat baş tutub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cərrahlar 33 yaşlı kişinin mədəsindən “Nokio 3310” markalı mobil telefon çıxarıblar.
Baş cərrah Skender Telyaju əməliyyatın mədə yarılmadan, endoskopiya cihazı vasitəsilə uğurla baş tutduğunu bildirib.
Onun sözlərinə görə, telefondakı ən təhlükəli predmet batareyadır. Belə ki, oradan qaynaqlanan kimyəvi maddələr insanın səhhəti üçün ciddi problemlər yarada bilər.
Qeyd edək ki, mobil telefon 4 gün xəstənin mədəsində qalıb. Kəskin ağrıladan sonra kişi həkimə müraciət edib. Onun hansı şəraitdə mobil cihazı udduğu məlum deyil.