Gürcüstanın "Georgian Airways" aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.
Unikal.org xəbər verir ki, adıçəkilən aviaşirkətə məxsus təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaranmış texniki problemlə əlaqədar Tbilisi Beynəlxalq Hava Limanına təcili eniş edib.
Məlumata görə, təyyarənin şassisi havaya qalxdıqdan sonra bağlanmayıb. Təhlükəsiz enişin təmin edilməsi məqsədilə təyyarə Tbilisi səmasında 2 saatadək uçaraq yanacağını boşaldıb.
Təyyarənin göyərtəsində ekipaj üzvlərindən başqa 180 sərnişinin olduğu, onların hamısının səhhətinin qənaətbəxş olduğu bildirilib.
Məlumata görə, Tbilisi Beynəlxalq Hava Limanında hazırda uçuşlar cədvəl üzrə həyata keçirilir və problemlə əlaqədar heç bir gecikmə yoxdur.