Britaniyalı müğənni, model və aktrisa Sarah Hardinq 39 yaşında vəfat edib.

Unikal.org "hollywoodreporter.com"a istinadən xəbər verir ki, Hardinq xərçəng xəstəliyindən ölüb.

Qeyd edək ki, o, 2020-ci ilin avqust ayında "İnstagram" hesabında pərəstişkarlarına xərçəngdən əziyyət çəkdiyini bildirmişdi.

Məşhur müğənni "Girls Aloud" pop qrupunun solisti olub. Karyerası ərzində bir neçə filmdə rol alıb.