Azərbaycanla sərhəddə erməni kəndlərinin vəziyyətinin acınacaqlı olması ilə bağlı daha bir narazılıq yayılıb.

Unikal.org xəbər verir ki, Zod yatağının yerləşdiyi Şişqaya kəndinin başçısı Akop Avetyan erməni mediasına açıqlamasında bildirib ki, hakimiyyət, sanki, sərhəd kəndlərinin əhalisini unudub. 

Kənd sakini deyib ki, kəndləri Basarkeçər bələdiyyəsinə birləşdirmək istəyirlər:

"Bizim bələdiyyədə 18 kənd birləşib. Ancaq indi deyirlər ki, bu, azdır və bizi Basarkeçər (Vardenis) şəhər bələdiyyəsinə birləşdirmək istəyirlər".

O, iddia edib ki, bələdiyyəyə diqqət və qayğı yoxdur, kəndlilər taleyin öhdəsinə buraxılıb. Kəndlilər də buna görə köçüb gedəcəklər.