"Koronavirusun mutasiya etmiş "Mu" ştammının ABŞ-da nə dərəcədə yayılacağını yoxlayırıq. Hazırda bununla bağlı bilgimiz olmadığı üçün heç nə deyə bilmərik. Ancaq "Delta" variantı ölkədə 99 %-dən çox üstünlük təşkil edir".
Unikal.org xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci bildirib.
Onun sözlərinə görə, mütəxəssislər yeni koronavirusun "Mu" ştammı haqqında daha çox məlumat əldə etməyə çalışsalar da, ona qarşı antitellərin zəif olacağından qorxurlar.
"Əslində nəticələrin nə olacağını bilmirik. Ancaq koronavirusun mutasiya etmiş bütün variantlarını ciddiyə alsaq, demək olar ki, hazırda heç bir təhlükə yoxdur", - deyə Entoni Fauci vurğulayıb.
Baş infeksionist əlavə edib ki, o, ölkədə mövcud olan koronavirusa qarşı peyvəndlərin COVID-19-un bütün variantlarına qarşı təsirli olduğuna əmindir.