Pəncşirdəki "Taliban"a qarşı müqavimət hərəkatının mətbuat katibi Fəhim Dəşti sözügedən radikal qruplaşma ilə döyüşlər zamanı öldürülüb.
Unikal.org "AFP"yə istinadən xəbər verir ki, Dəştinin hansı şəraitdə öldüyü bildirilmir.
Qeyd edək ki, bundan öncə müqavimətçilərin rəhbəri Əhməd Məsud "Taliban"la danışıqlara hazır olduğunu açıqlamışdı.
"Taliban" isə öz növbəsində Pəncşirdə son döyüşlərin davam etdiyini, müqavimət qüvvələrinin əksəriyyətinin öldüyünü və ya əsir götürüldüyünü, eyni zamanda xeyli texnikanın ələ keçirildiyini bildirib.