"Lazım gələrsə ölkəmizi müdafiə etməyi öyrənməliyik. Bizdən başqa heç kim onu qorumayacaq".
Unikal.org xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri deyib.
Bildirilib ki, ehtiyatda olan təlim-məşq toplanışında iştirak edən hərbçilərlə görüşü zamanı Ermənistanın müdafiə naziri Arşak Karapetyan, üç aylıq təlim-məşq toplanışı iştirakçılarını yenidən hazırlıq prosesinin daha səmərəli həyata keçirilməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb.
Qeyd edək ki, bu çıxış sosial şəbəkənin erməni seqmentində Ermənistan ordusunun ölkəni necə müdafiə etməli olduğunu hələ indi öyrəndiyi yazılarla gülüşə səbəb olub.
Ağarza Elçinoğlu